Bakı. Musa Əhmədov - APA-Economics. “Era-Trans Sığorta” Sığorta Şirkəti ASC-nin lisenziyası dayandırılıb.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması, həmçinin fəaliyyətində yol verdiyi digər pozuntularla əlaqədar “Era-Trans Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi nazirliyin müvafiq əmri ilə bu ilin noyabrın 25-dən dayandırılıb və qeyd olunan pozuntuların aradan qaldırılması üçün 6 ay müddət müəyyən olunub.