Bank Of Baku

“Euromoney” ardıcıl dördüncü ildir “Accessbank”ı Azərbaycanın ən yaxşı bankı adına layiq görüb - FOTO

“Euromoney” ardıcıl dördüncü ildir “Accessbank”ı Azərbaycanın ən yaxşı bankı adına layiq görüb  - <span style="color: red;">FOTO
# 12 iyul 2013 09:28 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən “Accessbank” ASC iyulun 11-də Londonda “Euromoney” Nəşriyyat Qrupu tərəfindən hər il keçirilən “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu nominasiyada Bank artıq dördüncü ildir ki, bu mükafatı qazanır.

 

Maliyyə dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan “Euromoney” mükafatı dünyanın 100-dən artıq ölkəsində aparıcı banklara və maliyyə təşkilatlarına təqdim olunur. Mükafat bankın nəticələri, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin müşahidələri nəticəsində əldə olunan məlumatlar əsasında təqdim edilir.

 

“Accessbank”ın baş meneceri Michael Hoffmann mükafatı şərh edərək deyib: "Biz ardıcıl olaraq dördüncü dəfə “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görüldüyümüzdən çox məmnunuq. Bu nailiyyət bizim gərgin əməyimiz və “Accessbank”ın hər bir əməkdaşının verdiyi töhfə sayəsində əldə olunub".

 

“Euromoney” qrupuna maliyyələşdirmə və bankçılıq üzrə ixtisaslaşan 100-ə yaxın müxtəlif şirkət daxildir. 1969-cu ildə şirkətin əsasını qoyan "Euromoney" jurnalı hər il Qrup tərəfindən nəşr edilir.

 

Qeyd edək ki, “Accessbank”ın missiyası aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. “Accessbank” beynəlxalq “Fitch” reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank (BB+), “Global Finance” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” (2011, 2013), “The Banker” nəşri tərəfindən isə “İlin bankı” (2011, 2012) adına layiq görülüb. “Accessbank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KFW Development Bank - Almaniya hökumətinin İnkişaf Bankı və Almaniyanın “LFS Financial Systems” (LFS) şirkəti tərəfindən yaradılıb. Ümumilikdə Azərbaycanda bankın 37 filialı və 1 565 əməkdaşı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR