Bank Of Baku

“Expressbank” müştərilərə sərfəli mikro kreditlər təklif edir - FOTO

“Expressbank” müştərilərə sərfəli mikro kreditlər təklif edir - <span style="color: red;">FOTO
# 11 fevral 2015 08:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” müştərilərə sərfəli şərtlərlə mikro kreditlər təklif edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500 manatdan 15 000 manatadək, maksimal müddəti isə 36 aydır.

 

Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 160-dək “ExpressPay” ödəniş terminalı var.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR