Bank Of Baku

“Fitch” Beynəlxalq Bankın reytinqini təsdiq edib, proqnoz neqativdir

“Fitch” Beynəlxalq Bankın reytinqini təsdiq edib, proqnoz neqativdir
# 10 mart 2016 05:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli defolt emitenti reytinqini “BB” səviyyəsində təsdiq edib.

 

APA-Economics” xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir.

 

Reytinq üzrə proqnoz neqativdir.

 

“Fitch” bildirir ki, reytinqin endirilməsinə səbəb hökumət tərəfindən banka veriləcək dəstəyin zəifləməsidir.  

 

“Bankın 3 milyard manat səviyyəsində problemli aktivlərdən təmizlənməsi prosesi cari ilin yanvar ayında yekunlaşıb. Bankın menecmentinden bildirilib ki, 3 milyard toksik aktivlə yanaşı, müəyyən qədər problemli aktivlərin təmizlənməsi üçün də hökumətlə müzakirələr davam edir. 500 milyon manat həcminde kapital artımı isə banka dəstək olmaqla yanaşı, Maliyyə Nazirliyinin bankın nizamnamə kapitalında iştirak payını 51,1%-lik payını 80%-dən çox artıracaq.  Problemli aktivlərin təmizlənməsinə baxmayaraq, kredit portfelində yüksək dollarlaşma səviyyəsi bankın aktivlərinə təzyiqlərin yüksək səviyyədə olmasına səbəb olur. Problemli kreditlərin bankın ümumi kredit portfelində xüsusi çəkisi 7% təşkil edir.  Hesab edirik ki, yaxın gələcəkdə bankın rentabelliyi bərpa olunmayacaq“, - deyə məlumatda bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR