Bank Of Baku

“Günay Bank” ötən il aktivlərini kəskin artırıb

“Günay Bank” ötən il aktivlərini kəskin artırıb
# 27 yanvar 2015 13:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Günay Bank” ın aktivlərinin həcmi 2015-ci il yanvarın 1-nə 91,772 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,47 dəfə çoxdur.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,68 dəfə artaraq 89,019 mln. manat olub.

 

İstehlak kreditlərinin həcmi 200,12 min manat təşkil edib ki, bu da, 7,7 dəfə azalma deməkdir.

 

2014-cü ilin yanvar-dekabr ayları ərzində bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 1,34% azalaraq 2,020 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövründə 12,117 mln. manata çatıb ki, bu da 29,76% artım deməkdir. Əhalinin əmanətlərinin həcmi isə 22,17% azalaraq 6,700 mln. manata bərabər olub.

 

Bir il ərzində bankın məcmu kapitalı 5,7 dəfə artaraq 64,162 mln. manata çatdığı halda, nizamnamə kapitalı 4,98 dəfə artaraq 64,910 mln. manat təşkil edib.

 

2014-cü ildə bankın gəlirləri 2013-cü ilə nisbətən 2,46 dəfə artaraq 5,254 mln. manata çatıb. Xərcləri isə 22,64% azalaraq 1,600 mln. manat təşkil edib.

 

Ümumilikdə isə ötən il ərzində “Günay Bank” 232 min manat zərərlə işləyib.

 

Hazırda bankın ölkə üzrə 1 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR