Bank Of Baku

“InvestAZ” şirkəti “Azərpoçt”la əməkdaşlığa başlayır

“InvestAZ” şirkəti “Azərpoçt”la əməkdaşlığa başlayır
# 08 oktyabr 2014 07:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “InvestAZ” şirkəti Azərbaycanda FOREX bazarında ticarət edən müştərilərinin sayının artmasını nəzərə alaraq xidmət şəbəkəsini genişləndirib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “InvestAZ” və “Azərpoçt” MMC şirkəti arasında müqavilə imzalanıb. Sənədə əsasən artıq FOREX bazarında ticarət edən “InvestAZ” şirkətinin müştəriləri “Azərpoçt”un müştəri xidmətləri şöbəsi vasitəsilə hesablarına rahatlıqla mədaxil/məxaric edə bilərlər. Xidmət, Bakı, Abşeron, Sumqayıt şəhərlərində yerləşən 74 filial və 200-ə yaxın poçt şöbələri ilə yanaşı, Azərbaycanın bütün regional poçt filiallarının müştəri xidmətləri şöbələrini də əhatə edir.

 

Qeyd edək ki, şirkət Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin verdiyi lisenziyalar əsasında broker, diler və aktivlərin idarə olunması fəaliyyəti göstərir. Türkiyədə də tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən “InvestAZ” şirkəti Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR