Bank Of Baku

“Kredobank” aktivlərini 15%-ə yaxın artırıb

“Kredobank” aktivlərini 15%-ə yaxın artırıb
# 27 yanvar 2015 12:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 1-nə “Kredobank” ASC-nin 

aktivlərinin həcmi 165,342 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,17% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,15% azalaraq 101,422 mln. manat olub.

 

2014-cü ilin yanvar-dekabr ayları ərzində bankın istehlak kreditlərinin həcmi 17,530 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 21% azdır.

 

Bir il ərzində bankın ipoteka kreditlərinin həcmi 33,82% azalaraq 22,117 mln. manat olub. Kreditlərin 4,307 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi ötən il 6,30% artaraq 24,537 mln. manata çatıb ki, buda kredit portfelinin 24,19%-ni təşkil edir.

 

Depozit portfeli hesabat dövrü ərzində 25,643 mln. manat olub ki, bu da illik müqayisədə 15,08% azalma deməkdir. Əhalinin əmanətlərinin həcmi isə 22,1% azalaraq 11,884 mln. manat olub.

 

Bir il ərzində bankın məcmu kapitalı 1,02 dəfə artaraq 55,290 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50,540 mln. manat təşkil edib.

 

Ötən il bankın gəlirləri 46,13% artaraq 16,585 mln. manat, xərcləri isə 44,36% artaraq 15,536 mln. manata çatıb.

 

2014-cü il ərzində “Kredobank”ın  əldə etdiyi mənfəət 1 mln. 49,86 min manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 16 filialı, 4 bankomatı, 37 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR