Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Kredobank” ASC-nin aktivlərinin həcmi 2015-ci ilin I rübündə 173,966 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,71% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,47% azalaraq 101,798 mln. manat olub.
İstehlak kreditlərinin həcmi 40,001 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 13,95% artım deməkdir.
İpoteka kreditlərinin həcmi 4,425 mln. manat təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 2,85% azdır.
Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 11,50% artaraq 27,340 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 27,76% azalaraq 27,412 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 12,686 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 9,15% azdır.
Bir il ərzində bankın məcmu kapitalı 7,42% artaraq 55,984 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. 540 min manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 52,19% azalaraq 3,676 mln. manata, xərcləri isə 67,75% azalaraq 3,081 mln. manata enib.
Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 595 min manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 16 filialı, 4 bankomatı, 37 POS-terminalı fəaliyyət göstərir.