Bank Of Baku

“Naxçıvan Bank” bu ilin II rübünü 2 mln. manat mənfəətlə başa vurub

“Naxçıvan Bank” bu ilin II rübünü 2 mln. manat mənfəətlə başa vurub
# 12 iyul 2018 12:30 (UTC +04:00)

2018-ci ilin  II rübündə “Naxçıvan Bank” ASC-nin aktivləri 191,813 mln. manata çatıb ki, bu da ötən ilin II rübü ilə müqayisədə 24,23% çoxdur.

 

APA-Economics” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfelinin həcmi 5,04% artaraq 69,114 mln. manat təşkil edib.

 

Hesabat dövründə bankın cəmi öhdəlikləri 75,806 min manat təşkil edib ki, bu da 2017-ci ilin sonuncu rübü müqayisədə 9,88% artım deməkdir.

 

Bankın depozit portfelinin həcmi isə 1,6 dəfə artaraq 74,759 mln. manat olub.

 

Hesabat dövründə bankın nizamnamə kapitalı dəyişməyərək 67,830 mln. manat, məcmu kapitalı 74,700 mln. manata təşkil edib.

 

2018-ci ilin  II rübündə “Naxçıvan Bank” ASC-nin cəmi gəlirləri 4 mln. 805,570 min manat təşkil edib ki, bu da ötən ilin II rübü ilə müqayisədə 32,32% azdır. Bu ilin II rübündə bankın cəmi xərcləri 1 mln. 827,930 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,35 dəfə azdır.

 

Bank bu ilin ilk 6 ayını 2 mln. 326,510 min manat xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR