Bank Of Baku

“NBCbank” və "Yunayted Kredit Bank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

“NBCbank”  və "Yunayted Kredit Bank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb
# 27 yanvar 2016 13:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “NBCbank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

 

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə,

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/3  saylı qərarı ilə "NBCbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş  30.12.1992-ci il tarixli, 112  saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 10 sentyabr 2007-ci il tarixdə 34 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "NBCbank" ASC 27 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

 

Bundan başqa, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli,  06/1  saylı qərarı ilə "Yunayted Kredit Bank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş  30.04.1996-cı il tarixli, 240  saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 07 avqust 2007-ci il tarixdə 27 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Yunayted Kredit Bank" ASC 27 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR