Bank Of Baku

“Nikoil Bank”ın ipoteka kreditləri üzrə portfeli 27,5 mln. manata çatıb

“Nikoil Bank”ın ipoteka kreditləri üzrə portfeli 27,5 mln. manata çatıb
# 24 fevral 2015 07:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Nikoil” investisiya-kommersiya bankı uğurlu şəkildə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka kreditləşməsini davam etdirir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Dövlət İpoteka kreditləşdirməsinin şərtlərinə uyğun olaraq, kreditlər 3 ildən 25/30 ilə qədər, illik faiz dərəcəsi 4%/8% olmaqla, 50 000 manat məbləğində verilir. Kreditin məbləği ipoteka götürülən daşınmaz əmlakın bazar dəyərinin 70%/80%-dən çox olmamalıdır və kredit üzrə ilkin ödəniş 30%/20% təşkil edir.   

 

Bu günədək güzəştli şərtlərlə 6,367 mln. manat dəyərində 147, adi şərtlərlə isə 23,578 mln. manat dəyərində 584 ipoteka krediti verilib. Kredit portfeli 27 mln. 532 min 807,49 manat təşkil edir.

 

2015-ci il üçün AİF  tərəfindən “Nikoil Bank”a 5 mln. manat məbləğində limit ayrılıb. Qeyd olunan limit banka aktiv şəkildə ipoteka kreditlərinin verilməsi üçün imkan yaradır. 

 

"Nikoil Bank” ipoteka kreditləşməsi nəticəsində, əhalinin maliyyə xidmətləri məsələləri üzrə maarifləndirmənin artırılması istiqamətində fəaliyyətini gücləndirib və əhalinin həyat səviyyəsinin yüksəldilməsi və mənzil ilə təmin olunması üzrə fəaliyyətini davam etdirir. 

 

AİF-in xətti ilə verilən ipoteka krediti, “Nikoil Bank”ın strateji istiqamətində prioritetlərdən biridir.

 

Şəxsi evdən yaxşı nə ola bilər ki?

 

Bu gün "Nikoil Bank” əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “Nikoil Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

 

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR