Bank Of Baku

“Nikoil Bank”ın Nərimanov filialı yeni ünvanda fəaliyyətə başlayıb

“Nikoil Bank”ın Nərimanov filialı yeni ünvanda fəaliyyətə başlayıb
# 17 mart 2016 13:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin martın 15-də “Nikoil Bank”ın yeni- Nərimanov (keçmiş 10 saylı) filialının Təbriz küçəsi 210c ünvanında təntənəli açılış mərasimi keçirilib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, mərasimdə bankın İdarə Heyətin sədri Vasiliy Vikoroviç Xamaza, İdarə Heyətin üzvləri, filialların müdirləri və departament rəhbərləri iştirak ediblər.

 

Tam yenilənmiş filial müştərilər üçün geniş əməliyyat zalı, rahat parkinq üçün yer, geniş konfrans zalı və VIP-müştərilər üçün xidmət şöbəsi ilə seçilir. Yeni Nərimanov filialında müştəriləri yüksək səviyyəli və təkmilləşdirilmiş bütün bank xidmətlərinin  çeşidi gözləyir: hesablaşma-kassa, kreditləşmə, kommunal ödənişlər, plastik kart əməliyyatları, zəmanət, banklararası sənədli əməliyyatlar və milli və xarici valyutada həyata keçirilən digər əməliyyatlar.

 

Bankın İdarə Heyətinin sədri Vasiliy Xamaza qeyd edib ki, yeni Nərimanov filialı universal olacaq, həm fərdi, həmdə ki korporativ müştərilərə xidmət göstərəcək.

 

Qeyd edək ki, bu günlərdə “Nikoil Bank” öz filial şəbəkəsini genişləndirməyə uğurla davam etdirir və bankın filial şəbəkəsi Bakı, Sumqayıt, Xırdalan və həm də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

 

“Nikoil Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

 

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: www.facebook.com/bank.nikoil

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR