Bank Of Baku

“PAŞA Həyat” iki sığorta hadisəsinə görə 30 min manatdan çox ödəniş verib

“PAŞA Həyat” iki sığorta hadisəsinə görə 30 min manatdan çox ödəniş verib
# 26 fevral 2015 09:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə iki sığorta hadisəsinə görə 30 350 min manat həcmində ödənişlər həyata keçirib.

 

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, istehsalat zamanı ayrı-ayrı vaxtlarda baş vermiş bədbəxt hadisə nəticəsində (iki müəssisənin, o cümlədən boru istehsalı və avtoxidmət sektoruna aid müəssisələr) iki işçi həyatını itirib.

 

Zərərçəkmiş şəxslərin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə vəfat etmiş şəxslərin ailəsinə müvafiq olaraq 22 080 min manat və 8 270 min manat həcmində sığorta ödənişləri verilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR