Bank Of Baku

“PAŞA Həyat Sığorta” şirkəti beynəlxalq təşkilatla əməkdaşlıq görüşü keçirib

“PAŞA Həyat Sığorta” şirkəti beynəlxalq təşkilatla əməkdaşlıq görüşü keçirib
# 13 fevral 2015 11:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Almaniyanın “Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatı”nın (DGUV) rəsmi şəxsləri ilə “PAŞA Həyat Sığorta” şirkətinin rəhbərliyinin işgüzar görüşü keçirilib.

 

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüş “Azərbaycanda əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələr və həyat sığortası” mövzusuna həsr olunub.

 

Tədbir iştirakçıları əməyin mühafizəsi, bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə  problemlərin təhlili və aradan qaldırılmasına dair geniş müzakirələr edib, həmçinin bu sahədə həyat sığortasının gələcək inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı bədbəxt hadisələrdən sosial sığorta sahəsində 130 illik tarixi olan və bu günədək uğurla tətbiq edilən Alman modelinin Azərbaycanda öyrənilməsi və tətbiq olunmasının böyük fayda verəcəyi xüsusi qeyd edilib.

 

Görüşün nəticəsi olaraq, tərəflər gələcəkdə əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələr və həyat sığortası sahəsində yaradılmış əməkdaşlıq münasibətlərinin davam etdirilməsi barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR