Bank Of Baku

“TuranBank” aktivlərini artırıb

“TuranBank” aktivlərini artırıb
# 26 yanvar 2015 13:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “TuranBank” ın aktivlərinin həcmi 2015-ci ilin yanvarın 1-nə 322,431 mln. manat təşkil edib ki, bu da ötən il ilə müqayisədə 28,47% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,18% artaraq 224,782 mln. manat olub.

 

Ötən il istehlak kreditlərinin həcmi 31,360 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə olan göstəriciyə nisbətən 38,24% azdır.

 

Bankın ipoteka kreditlərinin həcmi bu ilin yanvarın 1-nə 27,409 mln. manat olub ki, bu da keçən il ilə müqayisədə 23,63% çoxdur və kreditlərin 16,399 mln. (59,83%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2013-cü il ilə müqayisədə təxminən 12,09% artaraq 7,298 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 36,26% artaraq 126,779 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 98,473 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 23,02% çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 9,12% artaraq 55,092 mln. manata çatdığı halda, nizamnamə kapitalı 6,82 % artaraq 47,002 mln. manat təşkil edib.

 

Bankın gəlirləri 2013-cü ilə nisbətən təxminən 20,62% artaraq 33,346 mln. manat, xərcləri isə 18,29% artaraq 27,745 mln. manata çatıb.

 

Ötən il ərzində bankın əldə etdiyi mənfəət 5,602 mln. manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 13 filialı, 22 bankomatı, 162 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR