Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Unibank” ASC-nin “Albalı” kartla hər bir alıcı iyul ayı ərzində həftə sonları (şənbə və bazar günləri) 3 və ondan yuxarı taksitlə alış-veriş edərsə, ona əlavə olaraq bankdan 3 taksit hədiyyə ediləcək.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, məsələn, müştəri mağazadan 3 ay ödəmə müddətli malı alır, lakin banka 6 ay taksitlə ödəyəcək.
Qeyd edək ki, “Albalı” kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var: (https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp). İndi hər bir kart sahibi istənilən vaxt həm də www.albali.az və ya www.unibank.az saytına daxil olaraq, müştəri üçün yaradılan şəxsi kabinetdə verilən cədvələ “Albalı” kartındakı son səkkiz rəqəmi daxil etməklə, kartının tranzaksiyalarını izləyə, borcları haqqında məlumat ala bilər.
“Unibank”ın “Albalı” kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı 700-dən artıq partnyor mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. Bu kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Ödənişi “Unibank”ın istənilən filialındakı “Cash-in” və “MilliÖn terminallarında, www.unibank.az və hesab.az saytında aparmaq mümkündür.
Müştərilər “Albalı” kartı “Unibank”ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, tamamilə pulsuz ala bilərlər. Belə ki, 3 il müddətinə 3 000 manatadək kredit cəlb etməyə imkan verən “Albalı” kartı bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir. Kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə on-line sifariş anketini doldurmaq və ya sizə ən yaxın olan filiala yaxınlaşmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.
“Albalı” kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, “Unibank”ın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündür.