Bank Of Baku

“Unibank” “Mingəçevir” filialını yeni ünvana köçürüb

“Unibank” “Mingəçevir” filialını yeni ünvana köçürüb
# 21 aprel 2015 13:55 (UTC +04:00)

Bakı - APA-Economics. “Unibank”ın Mingəçevir filialı yeni ünvana köçüb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq yeni ünvanda və daha geniş ofisdə Heydər Əliyev prospekti, 36 saylı binanın qarşısında yerləşən filial ( 2 saylı Notariat Kontoruna yaxın) müştərilərinə bütün bank xidmətlərini göstərəcək.

 

“Mingəçevir”  filialı yeni ünvanda vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərməkdə davam edəcək. Filial fərdi şəxslərlə yanaşı, kiçik və orta biznes sahiblərinə də xidmət edir. Vətəndaşlar filialdan nağd  kreditlər və mikro kreditlər götürə bilərlər. Yüksək səviyyəli xidmətdən  və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyən hər kəs “Unibank”ın “Mingəçevir” filialına müraciət edə bilər.

 

Hazırda baş ofis də daxil olmaqla, “Unibank” 40 filialı ilə müştərilərin xidmətindədir. İldən-ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 24, bölgələrdə isə 16 filialı var.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

 

“Unibank” - hər kəsin bankı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR