Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank”ın aktivlərinin həcmi 2015-ci il yanvarın 1-nə 844,019 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,16% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 19,02% artaraq 711,136 mln. manat olub.
Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi ötən il 45,424 mln. manat olub ki, bu da illik müqayisədə 2,02 dəfə artım deməkdir.
Bir il ərzində depozit portfeli 13,17% artaraq 475,031 mln. manata çatıb. Əhalinin əmanətləri isə 13,98% artaraq 427,583 mln. manat olub.
Məcmu kapital 33% artaraq 139,477 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 70 mln. 565,23 min manat təşkil edib.
Hesabat dövründə bankın gəlirləri 39% artaraq 197,632 mln. manat, xərclər isə 66,81% artaraq 158,697 mln. manat təşkil edib.
Ümumilikdə, 2014-cü ildə bankın əldə etdiyi mənfəət 38 mln. 985,27 min manata bərabər olub.
Hazırda bankın ölkə üzrə 38 filialı, 80 bankomatı, 1207 POS-terminalı fəaliyyət göstərir.