Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Unibank” ASC müştəriləri üçün daha bir yenilik edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq ABŞ dolları ilə götürdükləri kreditlər üçün bankın “Cash-in”lərində, onlayn vasitəsilə, eləcə də “MilliÖn” ödəniş terminallarında ödəniş zamanı, müştərilərdən mübadilə haqqı tutulmur.
Qeyd edək ki, indiyədək manatdan başqa valyutalarda olan kreditlərin manatla ödənişi zamanı mübadilə haqqı olaraq vəsaitin 0,5%-i tutulurdu.
“Unibank” öz müştəriləri üçün kredit ödənişi zamanı çox geniş imkanlar yaradıb. “Unibank” müştəriləri öz kreditlərini bank filiallarına gəlmədən də onlayn, www.unibank.az və www.hesab.az saytlarında, bankomatlardan, mobil əlavələrin köməyi ilə, “MilliÖn” ödəmə terminallarından, bankın “Cash-in” aparatlarından və “Azərpoçt”un çoxsaylı şöbələrindən ödəyə bilərlər. Poçt şöbələrində ödəniş üçün komissiya haqqı ödənilən vəsaitin 1%-i həcmindədir.
Qeyd edək ki, “iPhone” və “Android” platformasında olan smartfon və planşet sahibləri də kreditlərini banka gəlmədən, istədikləri yerdə ödəyə bilirlər. Bunun üçün “İnfoUnibank” mobil əlavəsini telefona yükləmək kifayətdir.
Xatırladaq ki, iyunun 24-dən avqustun 31-dək davam edən “Kreditinizi ödəyin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereya çərçivəsində “Unibank”a olan kredit ödənişlərini ölkə üzrə “Azərpoçt” filiallarından, “MilliÖn” terminallarında və on-line formada (unibank.az və hesab.az saytlarında) həyata keçirən müştərilər, pul uduşları qazanmaq şansı əldə edəcəklər. Lotereyanın şərtləri bu müddətdə “Unibank” filiallarında və bankın “Cash-in”lərində aparılan kredit ödənişlərinə şamil edilmir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud “Facebook” səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.