“Unibank”ın aktivlərinin həcmi 2016-cı ilin IV rübündə 716,522 mln. manat təşkil edib. Bu, eyni ilin III rübü ilə müqayisədə 1,53% azalma deməkdir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, kredit portfelinin həcmi hesabat dövründə 426,612 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,55% azdır.
2017-ci il yanvarın 1-nə bankın depozit portfelinin həcmi 1,23% azalaraq 362,456 mln. manata, öhdəliklərinin həcmi isə 1,3% azalaraq 650,005 mln. manata bərabər olub.
Hesabat dövrünün sonuna bankın məcmu kapitalının həcmi 64,918 mln manat təşkil edib.
Qeyd edək ki, “Unibank” ötən ili 2 mln. 889 min manatlıq zərərlə başa vurub.