Bakı. Vahab Rzayev – APA-Economics. «VTB Azerbaijan» bankı yeni, «Universal» adlı əmanət növünü müştərilərə təqdim edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu əmanətin maksimal müddəti 36 ay təşkil edir, minimal məbləğ isə 300 manat olmalıdır.
Faizlərin ödənilməsi ya hər ay, ya müddətin sonunda aparılacaq. Əmanətin məbləği 1 000 manat və ya dollardan artıq olduğu halda müştəriyə bonus kimi «Viza Classic» və ya «Viza Gold» debet kartları təqdim ediləcək ki, faizlər də bu kartlara köçürülə bilər.
Bankın Pərakəndə biznesin inkişafı Departamentinin direktoru İlnur Saləhovun sözlərinə görə, yeni depozit məhsulu əmanətə vəsaitlərin əlavə edilməsi, vəsaitlərin vaxtdan əvvəl qismən çıxarılması, faizlərin ödənilməsi müddətin seçimi, əmanətin uzadılması kimi opsiyalardan istifadə etməyə imkan verir. Həmçinin bildirilir ki, əmanətçiyə güzəştli şərtlərlə kredit xətti də açıla bilər.