Bank Of Baku

“Zaminbank”da istehlak kreditlərinin həcmi artıb

“Zaminbank”da istehlak kreditlərinin həcmi artıb
# 03 fevral 2015 13:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Zaminbank”ın aktivlərinin həcmi 502,239 mln. manat təşkil edib ki, bu da 2014-cü il ilə müqayisədə 12,80% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,22% artaraq 319,925 mln. manat olub.

 

Ötən il istehlak kreditlərinin həcmi 217,265 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə olan göstəriciyə nisbətən 78,07% çoxdur.

 

Bankın ipoteka kreditlərinin həcmi 2015-ci il yanvarın 1-nə 46,409 mln. manat olub ki, bu da 2013-cü il ilə müqayisədə 2,65% azdır.  

 

Ötən il bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2013-cü ilə nisbətən 37,37% artaraq 15,256 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 10,83% artaraq 105,946 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 98,588 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 11,72% çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 11,43 % artaraq 56,381 mln. manata çatdığı halda, nizamnamə kapitalı 12,99 % artaraq 52 mln. 181,8 min manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 11,11% artaraq 41,958 mln. manat, xərcləri isə 10,14% artaraq 41,350 mln. manat olub.

 

Ötən il bankın əldə etdiyi mənfəət 607 min. manat olub.

 

Hazırda bankın ölkə üzrə 39 filialı, 39 bankomatı, 1891 POS-terminalı fəaliyyət göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR