2018-ci ilin II rübündə “Ziraat Bank Azərbaycan” ASC-nin aktivləri 229 mln. 867,580 min manata çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 48,89% çoxdur.
“APA-Economics” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfelinin həcmi 36,17% artaraq 89 mln. 562,810 min manat təşkil edib.
Hesabat dövründə bankın cəmi öhdəlikləri 162 mln. 805 min manat təşkil edib ki, bu da illik müqayisədə 77,39% artım deməkdir.
Bankın depozit portfelinin həcmi isə 1,99 dəfə artaraq 94 mln. 277,080 min manat olub. Bu ilin iyulun 1-nə əhalinin əmanətləri 49,137 mln. manat olub ki, bu da bir il əvvəl ilə müqayisədə 50,52% çoxdur.
Hesabat dövründə bankın nizamnamə kapitalı 50 mln. manat təşkil edib. Əvəzində, məcmu kapitalı 4,36% artaraq 64 mln. 136,800 min manata çatıb.
Hesabat dövründə bankın gəlirləri 8,552 mln. manat, xərcləri 5,526 mln. manat təşkil edib.
Bu ilin ilk altı ayını bank 1 mln. 137,160 min manatlıq xalis mənfəətlə başa vurub.