Bank Of Baku

«ABB-Moskva» daha bir iri kredit cəlb edib

«ABB-Moskva» daha bir iri kredit cəlb edib
# 12 noyabr 2013 07:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan «ABB-Moskva» növbəti sindikativ kredit sazişi imzalayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kreditin məbləği 130 mln. ABŞ dolları, müddəti 1 il təşkil edir.

 

Kreditin müvəkkil aparıcı təşkilatçıları qismində «Novikombank», «MDM Bank», «Uralsib», «MSP Bank», «SMP Bank», aparıcı təşkilatçılar qismində «Bank Zenit», Latviyanın «Regionala investiciju banka», təşkilatçılar qismində «RosEvroBank», «Russlavbank», «ROST Bank», «İnvesttorqbank» və «Asiya-Sakit Okean Bankı» çıxış edib.

 

Qeyd edək ki, Rusiyanın banklararası bazarından sindikativ kreditlərin cəlb edilməsi «ABB-Moskva»nın 2011-2015-ci illər üçün inkişaf strategiyasına uyğun həyata keçirilir. Strategiya çərçivəsində artıq məcmu həcmi 400 mln. dollar olan 5 sindikativ kredit cəlb edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR