Bank Of Baku

«AGBank»ın mənfəəti son bir ildə 0,6% artıb

«AGBank»ın mənfəəti son bir ildə 0,6% artıb
# 28 oktyabr 2013 08:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin 2013-cü ilin üç rübü ərzində əldə etdiyi gəlirlərin həcmi 42,774 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 22,6% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 26,2% artaraq 36,616 mln. manata çatıb.

 

Bankın hesabatına əsasən, yanvar-sentyabr ayları ərzində bank 3,412 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 0,6% çoxdur.

 

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 31,116 mln. manat, qeyri-faiz gəlirləri 11,659 mln. manat, faiz xərcləri 15,605 mln. manat, qeyri-faiz xərcləri isə 21,010 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 32,5% artaraq 15,511 mln. manat, qeyri-faiz zərəri isə 62,1% artaraq 9,351 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR