Bank Of Baku

«Akkord» Korporasiyası ilk istiqraz emissiyası üzrə öhdəliklərini tam icra edib

«Akkord» Korporasiyası ilk istiqraz emissiyası üzrə öhdəliklərini tam icra edib
# 08 noyabr 2013 08:07 (UTC +04:00)

Bakı – APA-Economics. «Akkord» Korporasiyası üç il öncə həyata keçirdiyi istiqraz emissiyası üzrə öhdəliklərini tam yerinə yetirib.

 

Korporasiyadan «APA-Economics»ə verilən məlumata görə, bu, şirkətin ilk istiqraz emissiyası olub və onların tədavül müddəti noyabrın 7-də başa çatıb. Emissiyanın ümumi həcmi 50 mln. manat, hər bir istiqrazın nominal dəyəri 1 000 manat, illik gəlirlik isə 12,5% təşkil edib. İstiqrazların yerləşdirilməsi kütləvi təklif üsulu ilə həyata keçirilib.

 

Qeyd edək ki, ilk emissiya uğurla həyata keçirildiyinə görə, «Akkord» Korporasiyası gələcəkdə də bu borcalma mexanizmindən istifadə etmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR