Bank Of Baku

«Alfa Sığorta» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Alfa Sığorta» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 10 dekabr 2012 13:18 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 13-dən etibarən «Alfa Sığorta» ASC-nin yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

 

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 030 ədəd, emissiyanın ümumi həcmi isə 1,030 mln. manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Texnika Kapital Menecment» MMC çıxış edəcək. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 15,2% artaraq 7,780 mln. manata çatacaq.

 

Xatırladaq ki, səhmdarı (100%) «Bank Technique» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Hazırda sığorta şirkətinin nizamnamə kapitalı 6,750 mln. manat təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR