Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Amrahbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin yeni buraxılışı dövlət qeydiyyatına alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.
Səhm emissiyasının həcmi 20 mln. manat təşkil edir. Səhmlərin nominal dəyəri 100 manat, ümumi sayı 200 000 ədəddir. Yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək.
Qeyd edək ki, yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 2 dəfə artırılaraq 39 844 400 manata çatdırılacaq.