Bank Of Baku

«Amrahbank»ın aktivləri son bir ildə 22% artıb

«Amrahbank»ın aktivləri son bir ildə 22% artıb
# 28 oktyabr 2013 09:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 116,462 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,0% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,9% artaraq 89,167 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 36,474 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 17,4% azdır.

 

Bankın depozit portfeli son bir ildə 5,2% artaraq 64,273 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 47,287 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,1% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 34,2% artaraq 30,640 mln. manat, o cümlədən nizamnamə kapitalı 34,7% artaraq 19,844 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 23,8% artaraq 49 850, o cümlədən fiziki şəxslərin sayı 36,8% artaraq 48 672, hüquqi şəxslərin sayı 4,0 dəfə azalaraq 1 178 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 4 430-a bərabər olub ki, bu da illik müqayisədə 51,7% çoxdur. O cümlədən, debet kartların sayı 45,8% artaraq 3 451-ə, kredit kartların sayı 2,1 dəfə artaraq 979-a çatıb.


Hazırda bankın ölkə üzrə 20 filialı, 22 bankomatı, 568 POS-terminalı fəaliyyət göstərir. Bankın 437 işçisi var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR