Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nin 2013-cü ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi gəlirlərin həcmi 16,735 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 39,2% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 21,2% artaraq 12,622 mln. manata çatıb.
Bankın hesabatına əsasən, bu ilin ilk üç rübü ərzində «Amrahbank» 4,351 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 12,575 mln. manat, qeyri-faiz gəlirləri 4,161 mln. manat, faiz xərcləri 4,752 mln. manat, qeyri-faiz xərcləri isə 7,870 mln. manata bərabər olub. Nəticədə, son bir ildə bankın faiz mənfəəti 81,6% artaraq 7,823 mln. manat, qeyri-faiz zərəri isə 36,0% artaraq 3,709 mln. manata çatıb.