Bank Of Baku

«AtaBank» nizamnamə kapitalını kəskin artırır

«AtaBank» nizamnamə kapitalını kəskin artırır
# 29 dekabr 2012 10:51 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «AtaBank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

Komitədən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 1,250 mln. ədəd, emissiyanın ümumi həcmi isə 25 mln. manat təşkil edir.

 

Birja mütəxəssislərinin fikrincə, «AtaBank»ın səhmlərinin yerləşdirilməsinə artıq gələn ilin əvvəlində başlanacaq və yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 2 dəfə artaraq 50 mln. manata çatacaq. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Brokdil-Az» MMC çıxış edəcək.

 

Qeyd edək ki, «AtaHolding»ə daxil olan «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın aktivləri 256,143 mln. manat, kredit portfeli 186,545 mln. manat, depozit portfeli 215,417 mln. manat, məcmu kapitalı 34,315 mln. manat, o cümlədən nizamnamə kapitalı 25 mln. manat təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR