Bank Of Baku

«AXA-Mbask» sığorta şirkəti nizamnamə kapitalını artırır

«AXA-Mbask» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 05 dekabr 2012 15:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «AXA-Mbask» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

 

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 382 manat, sayı 5 240 ədəd, emissiyanın ümumi həcmi isə 2 001 680 manat təşkil edir.

 

«AXA-Mbask» sığorta şirkətinin səhmlərinin yerləşdirilməsində anderrayter rolunda «Unicapital» şirkəti çıxış edəcək. Yerləşdirmə BFB vasitəsilə keçiriləcək və başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 29,7% artaraq 8,733 mln. manata çatacaq.

 

Xatırladaq ki, «AXA-Mbask» sığorta şirkəti 1992-ci ildə «Mbask» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb və 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros Generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə bir yerli fiziki şəxsə məxsusdur. Cari ilin oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 6,731 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR