Bank Of Baku

«AXA-Mbask» sığorta şirkətinin yığımları 40% artıb

«AXA-Mbask» sığorta şirkətinin yığımları 40% artıb
# 15 yanvar 2013 13:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkətinin 2012-ci il ərzində topladığı sığorta haqlarının həcmi 17,698 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin yekun göstəricisi ilə müqayisədə 39,1% çoxdur.


Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində könüllü sığorta növləri arasında ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (6,154 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (1,598 mln. manat), «Tibbi sığorta» (1,409 mln. manat) və «Yüklərin sığortası» (624,4 min manat) növləri üzrə toplanılıb.


Ümumilikdə, hesabat ilində könüllü sığorta növləri üzrə yığımın həcmi 12,6% azalaraq 10,831 mln. manata, icbari sığorta növləri üzrə daxilolmalar isə 20,3 dəfə artaraq 6,866 mln. manata çatıb. İcbari sığortada 6,703 mln. manat və ya 97,6% avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının payına düşüb.


Ödənişlərə gəldikdə isə 2012-ci ilin yekunlarına görə, şirkətin sığorta riskləri üzrə ödənişləri 80,9% artaraq 5,868 mln. manat olub. Ödənişlərin strukturunda 4,047 mln. manat «Avtonəqliyyat vasitələrinin sığortası», 862,8 min manat «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası», 522,4 min manat «Tibbi sığorta» növləri üzrə ödənilib. Ötən il şirkət tərəfindən könüllü sığorta növləri üzrə sığorta hadisələrinə görə ödənilən vəsaitlərin həcmi 57,6% artaraq 4,945 mln. manata, icbari sığorta növləri üzrə isə 8,6 dəfə artaraq 923,2 min manata çatıb.


Qeyd edək ki, ötən il şirkətin bazar payı 5,2% təşkil edib və bu, əvvəlki ilin göstəricisindən 0,8 faiz bəndi azdır.


Xatırladaq ki, 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə yerli fiziki şəxsə məxsusdur.


«AXA-Mbask» sığorta şirkəti 1992-ci ildə «Mbask» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari il yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR