Bank Of Baku

«Azərbaycan Sənaye Bankı»nın filialları bayram günlərində də işləyəcək

«Azərbaycan Sənaye Bankı»nın filialları bayram günlərində də işləyəcək
# 28 dekabr 2012 12:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) ASC bayram günləri də daxil olmaqla həftənin bütün günlərində fəaliyyət göstərəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Park Bulvar» AVM-də yerləşən «Park Bulvar» filialı saat 10:00-dan 22:00-a kimi və «Bazarstore» şəbəkəsinin Xətai mağazasında yerləşən «Xətai» şöbəsi saat 09:00-dan 22:00-a kimi müştərilərə fasiləsiz iş rejimində xidmət göstərəcək.

 

Bankın filiallarında fiziki və hüquqi şəxslərin hesablarının açılması, hesablaşma-kassa xidmətlərinin göstərilməsi, pul köçürmələri, depozitlərin (əmanətlərin) qəbul edilməsi, valyuta mübadilə əməliyyatlarının aparılması, rabitə və kommunal xidmətlərə görə ödənişlərin qəbulu, POS-terminal xidmətləri, 7/24 ATM xidmətləri göstərilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR