Bank Of Baku

«Bank Avrasiya» I rübdə istehlak kreditləşməsini kəskin artırıb

«Bank Avrasiya» I rübdə istehlak kreditləşməsini kəskin artırıb
# 18 aprel 2013 13:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 68,163 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,9% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 65,9% artaraq 49,550 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 5,157 mln. manat təşkil edib ki, bu da 2012-ci il aprelin 1-nə olan göstəriciyə nisbətən 2,1 dəfə çoxdur.

 

Bankın depozit portfeli son bir ildə 6,8% artaraq 36,850 mln. manata çatıb. O cümlədən , əhalinin əmanətlərinin həcmi 34,873 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 11,9% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 0,5% artaraq 19,002 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 20,0 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 44,2% artaraq 3 095, o cümlədən fiziki şəxslərin sayı 31,7% artaraq 2 598, hüquqi şəxslərin sayı 28,6% artaraq 225 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 2 006-ya bərabər olub ki, bu da illik müqayisədə 36,1% çoxdur. O cümlədən, debet kartların sayı 46,3% artaraq 1 084-ə, kredit kartların sayı 25,8% artaraq 922-yə çatıb.


Hazırda bankın ölkə üzrə 1 filialı, 7 bankomatı, 153 POS-terminalı fəaliyyət göstərir. Bankın 45 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR