Bank Of Baku

«Bank of Baku» bu gün yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır

«Bank of Baku» bu gün yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır
# 14 dekabr 2012 08:24 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) «Bank of Baku» ASC-nin yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlanılır.

 

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların ümumi sayı 10 min ədəd, bir istiqrazın nominal dəyəri 1 000 manat, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. Sözügedən qiymətli kağızların tədavül müddəti 3 il, gəlirliyi illik 12%, faizlərin ödəniş dövrünün müddəti isə 3 ay təşkil edir. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Paşa Kapital» MMC çıxış edir.

 

Qeyd edək ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR