Bank Of Baku

«Bank of Baku» müştəriləri üçün «0%» kampaniyasına başlayıb

«Bank of Baku» müştəriləri üçün «0%» kampaniyasına başlayıb
# 09 dekabr 2013 11:00 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Bank of Baku» ASC müştəriləri aşağı faizli kreditlərlə təmin etmək məqsədi ilə «0%» kampaniyasına start verib. Kampaniya çərçivəsində faiz hesablanmayan ayların sayı, müştərinin bankla əməkdaşlıq tarixçəsindən asılı olaraq 1 aydan 3 aya qədər dəyişir.

 

«APA-Economics»in məlumatına görə, bütün yeni müştərilərə ilk ayın faizi hədiyyə edilir. Bankın «Dosltar Klubu»nun «Qızıl» və «Brilyant» müştərilərinə (36 aydan çox bankın müştərisi olan müsbət tarixçəli müştərilərə) ilk 3 ayın, digər müştərilərə isə 2 ayın faizləri hesablanmır.

 

Maksimal məbləği 10 min manat olan «0%» kreditini bank müştəriləri 12-36 ay müddətinə ala bilərlər. Kredit müştərilərə arayışsız verilir. Arayışsız kreditin məbləği bankla iş tarixçəsindən və müştərinin iş yerindən asılı olaraq dəyişir. Bankda krediti olanlar, cari krediti bağlamadan ikinci nağd kredit alıb, komissiyada endirim qazanmaq imkanı əldə edir.

 

Qeyd edək ki, kampaniya yanvarın 15-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR