Bank Of Baku

«Bank of Baku» yeni bir layihəyə başlayıb

«Bank of Baku» yeni bir layihəyə başlayıb
# 26 dekabr 2012 06:55 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bankçılıq təcrübəsində ilk dəfə olaraq «Bank of Baku» ASC istehlak kreditlərini vətəndaşların yaşadığı ünvana çatdırılması üzrə yeni bir layihəyə start verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində vətəndaşlar nağd kredit kartı və ya «Bolkart» hissə-hissə ödəniş kartını əldə edəcəklər.

 

Belə ki, artıq ölkə boyunca minlərlə ailənin yaşayış ünvanlarına onlara özəl hazırlanmış plastik kart, həmçinin kart haqqında məlumat kitabçası və aktivləşdirmə şərtlərinin yerləşdirildiyi zərflər göndərilib. Kartı aktivləşdirmək isə çox sadədir. Aktivləşdirmək niyyətində olan ailələr zərfdə əks olunan 7 rəqəmli unikal kodu öz mobil telefonundan SMS ilə 8145 nömrəsinə göndərməlidir.

 

Növbəti mərhələdə bank əməkdaşları mesaj göndərən ailə ilə əlaqə saxlayaraq həftə içi və şənbə günləri kartı aktivləşdirmək üçün həmin ailənin yaşadığı ünvanı ziyarət edir. Bununla belə, ailə kartını bankın istənilən satış nöqtəsinə baş çəkməklə də aktivləşdirmək mümkündür. Kartlar üzrə nağd kreditlər arayışsız, əlavə 2% endirimlə rəsmiləşdirilir. Kreditin maksimal məbləği 5 min manat, müddəti isə 30 aydır. Layihə çərçivəsində təklif olunan «Bolkart» isə Bakının geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, restoran, supermarket və toplam olaraq 500-ə yaxın ticarət obyektlərində ödəniş üçün istifadə olunur. Kartla alınan malın dəyəri bərabər hissələrlə 1, 3, 6 və ya 12 aya bölünür və hissə-hissə ödənilir. «Bolkart»ın maksimal məbləği 3 min manatdır.

 

Kreditin ünvana çatdırılması xidmətindən istifadə etmək istəyən hər ailə 8145 nömrəsinə SMS ilə «777» kodunu göndərə bilər. Mesaj banka daxil olan kimi bank əməkdaşları mobil telefon sahibi ilə əlaqə saxlayacaqlar.

 

Kampaniyanın təfsilatları ilə «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkərək yaxından tanış olmaq mümkündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR