Bank Of Baku

«Bank Standard» təcili pulköçürmə xidmətlərini genişləndirir

«Bank Standard» təcili pulköçürmə xidmətlərini genişləndirir
# 05 dekabr 2012 10:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC ölkə daxilində təcili pul köçürmələrini həyata keçirmək üçün əksər yaşayış məntəqələrini əhatə edən «Monex» təcili pul köçürmələri sistemindən istifadə etməyi təklif edir.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu sistem vasitəsilə müştərilər ən aşağı tariflərlə 10 dəqiqə ərzində Bakı, Ağcabədi, Astara, Bərdə, Biləsuvar, Beyləqan, Qəbələ, Qax, Gəncə, Goranboy, Zaqatala, Göyçay, Quba, Qusar, İmişli, İsmayıllı, Cəlilabad, Xaçmaz, Xırdalan, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Naxçıvan, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Sumqayıt, Tovuz və Yevlax şəhərlərinə pul göndərə və ya ala bilərlər.

 

Bundan əlavə, «Bank Standard» təcili pulköçürmə xidmətlərini «Western Union», «Xpress Money», «Private Money», «Faster», «Bıstraya Poçta», «Contact», «Migom», «Zolotaya Korona», «Blizko», «Lider», «Coinstar» və «Caspian Money Transfer» sistemləri vasitəsilə də göstərir. Təcili pulköçürmə sistemlərinin xidmətlərindən «Bank Standard»ın paytaxt və regionlardakı filiallarında stifadə etmək olar.

 

«Bank Standard»ın təklif etdiyi təcili pulköçürmə sistemləri haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından və ya bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz) əldə etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR