Bank Of Baku

«Bank Technique» nizamnamə kapitalını artırır

«Bank Technique» nizamnamə kapitalını artırır
# 11 iyul 2013 10:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank Technique» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 15 245 ədəd, emissiyanın ümumi həcmi isə 15 245 000 manat təşkil edir. Səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 23,6% artaraq 80 mln. manata çatacaq.

 

Kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək yerləşdirmədə anderrayter vəzifəsində “Texnika Kapital Menecment» MMC iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR