Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC «Oracle Financial Services Software» şirkətinin «FlexCube» bank sistemini uğurla tətbiq edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, layihənin icrası rekord qısa müddətdə - 4 ay ərzində başa çatdırılıb.
Yeni sistemə keçirilməsi 34 filial və 15 şöbəni əhatə edib. Bu müddət ərzində yeni IBAN kodlara malik olan 130 min müştəri hesabları miqrasiya edilib.
Yeni sistem Mərkəzi Bank tərəfindən tətbiq edilən yeni hesab planına yönəldilib. Bank həmçinin əksər prosesləri avtomatlaşdırıb.