Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC-də fiziki şəxslərin müddətli depozitləri portfelinin həcmi bu ilin əvvəli ilə müqayisədə 66,7% artaraq həddə çatıb. Bu, rekord artım tempidir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, 2013-cü il noyabrın 19-na bankda yerləşdirilən müddətli əmanətlərin ümumi həcmi 131,7 mln. manat təşkil edib. Əmanətçilərin sayı isə 62,7 min nəfəri ötüb.
Qeyd edək ki, hazırda Bankda «Unikal», «Standart», «Yığım», «Xeyriyyəçi», «Multi-TEC», «Duo-TEC», «Smart», «Şans», «Tələbli» və «Uşaq» depozit növləri mövcuddur. Bu il ən çox artım 12 ay müddətli «Standart» depozit növü üzrə müşahidə olunur. Vətəndaşlar bu əmanət növünə, ümumilikdə, 56,9 mln. manat vəsait yerləşdiriblər.
«Bankın depozit portfelinin həcmi təxminən 67% artıb. Bu, Azərbaycan bankları arasında ən yaxşı göstəricilərdən biridir. Əmanətlərin aktiv axını düşünülmüş faiz dərəcəsi siyasəti və əlverişli depozit proqramları hesabına təmin edilir», - deyə «Bank Technique»in İdarə Heyətinin üzvü Orxan Hüseynov bildirib.