Bank Of Baku

«Bolkart» sahibləri üçün yeni güzəştli şərtlər yaradılıb

«Bolkart» sahibləri üçün yeni güzəştli şərtlər yaradılıb
# 05 iyul 2013 15:10 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Bolkart» sahibləri üçün «Romantic» mağazalar şəbəkəsindən güzəştli alış-veriş imkanı yaradıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə,  5iyulun 5-7-də «Bolkart»la «Romantic» mağazalarından 75 manatdan artıq alış-veriş edən hər «Bolkart» sahibləri sərf etdiyi məbləğin 20%-i dəyərində hədiyyə qazanacaq.

 

Bundan başqa, aksiya ərzində kart sahibləri aldıqları malın haqqını 6 aya deyil, 12 aya ödəmək imkanı əldə edəcəklər.

 

«Bolkart» sahibləri «Romantic» mağazalarında ən müxtəlif geyim və aksessuar növlərini ala bilər.

 

Xatırladaq ki, «Bolkart»ı artıq 120 minə yaxın Azərbaycan vətəndaşı əldə edib və bu gün bu kredit kartı ilə ölkənin 1 mindən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Eyni zamanda, «MasterCard» loqolu «Bolkart»dan xarici ölkələrdəki «MasterCard» loqosu olan ticarət mərkəzlərində, həmçinin qlobal miqyasda internetdə alış-veriş üçün istifadə etmək olar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR