Bank Of Baku

«Deka Bank»ın mənfəəti 1,6 dəfə azalıb

«Deka Bank»ın mənfəəti 1,6 dəfə azalıb
# 15 yanvar 2013 10:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Deka Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il dekabrın 1-nə 62,825 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 31% çoxdur.


Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 23,9% artaraq 51,232 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 12,2% azalaraq 17,711 mln. manat təşkil edib. Həmçinin, bankın depozit portfeli 2,5 dəfə artaraq 18,432 mln. manat, o cümlədən əhalinin əmanətləri 2,8 dəfə artaraq 15,803 mln. manat olub.


Hesabat dövründə bankın məcmu kapitalı 8,5% azalaraq 16,708 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 13,417 mln. manat təşkil edib.


Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 14,8% azalaraq 6,304 mln. manat, xərcləri isə 20,3% artaraq 3,325 mln. manat olub. Nəticədə, bank ötən ilin yanvar-noyabr aylarında 2,679 mln. manat mənfəət əldə edib ki, bu da 2011-ci ilin 11 aylıq mənfəətindən 1,6 dəfə azdır.


Xatırladaq ki, «Deka Bank» ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Dekabrın 1-nə bankın 7 filialı, 2 bankomatı, 17 POS-terminalı və 99 işçisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR