Bank Of Baku

«Dəmirbank»ın aktivləri 390 mln. manata çatıb

«Dəmirbank»ın aktivləri 390 mln. manata çatıb
# 13 noyabr 2013 07:59 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivləri 2013-cü il noyabrın 1-nə 389,7 mln. manat təşkil edib. «Dəmirbank»dan «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu ilin əvvəlindən 5% artaraq 300 mln. manatı keçib.

 

Bankda müştəri depozitlərinin həcmi 177,3 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 149,6 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 19,2% çoxdur.

 

Hesabat dövründə bankın məcmu kapitalı 58,7 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR