Bank Of Baku

«Fitch Ratings» agentliyi Azərbaycan Beynəlxalq Bankının dayanıqlıq reytinqini artırıb

«Fitch Ratings» agentliyi Azərbaycan Beynəlxalq Bankının dayanıqlıq reytinqini artırıb
# 29 dekabr 2012 07:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) uzunmüddətli reytinqini «BB+» səviyyəsindən «BB» səviyyəsinə qədər endirib, reytinq üzrə proqnoz «Sabit» kimi müəyyən edilib. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın dayanıqlığı reytinqini «f» səviyyəsindən «b-» səviyyəsinə qədər yüksəldilib.

 

Agentliyin məlumatında deyilir ki, reytinqin endirilməsinə əsas səbəb Azərbaycan hökuməti tərəfindən bankın kapitalına edilən dəstəyin hələ də kiçik olması ilə bağlıdır. Bildirilir ki, Mərkəzi Bank tərəfindən 100 mln. manat həcmində təqdim edilən kredit, bundan əvvəl kapitala edilən əlavələr və yaxın zamanlarda 50 mln. manat həcmində səhmlərin minoritar səhmdarlar arasında yerləşdirilməsi Bankın kapitalının yetərliliyini milli standartlara uyğun olan minimal 12%-lik səviyyədə saxlanmasına imkan verəcək. Eyni zamanda bildirilir ki, ABB-nin planlarına 2015-ci ilin sonuna kimi kapitalın daha 200 mln. manat artırılması məsələsi daxildir.

 

Agentliyin məlumatında deyilir ki, hökumət tərəfindən kapitala edilən dəstəyin verilməməsi və ya gecikdirilməsi reytinqi daha da endirə bilər. Eyni zamanda bildirilir ki, bu, hökumətin Bankdakı iştirak payının 50%-dən aşağı düşəcəyi halda da mümkündür. Lakin agentlik ekspertlərinin fikrincə, ABB-nin 2014-cü ilə qədər özəlləşdirilməsi ehtimalı azdır.

 

Eyni zamanda dayanıqlıq reytinqi Bankın fondlaşma sahəsində möhkəm mövqelərini və əlverişli əməliyyat mühitini əks etdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR