Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Günay Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 4 783 manat, sayı 2 090 ədəd, emissiyanın ümumi həcmi isə 9 996 470 manat təşkil edir. Beləliklə, yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 76,5% artaraq 23,021 mln. çatacaq.
Qeyd edək ki, aprelin 1-nə bankın aktivlərinin həcmi 38,173 mln. manat, kredit portfeli 34,244 mln. manat, depozit portfeli 10,324 mln. manat təşkil edib.