Bank Of Baku

«Kapital Bank» iri istiqraz emissiyasına hazırlaşır

«Kapital Bank» iri istiqraz emissiyasına hazırlaşır
# 07 yanvar 2013 10:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Kapital Bank» ASC-nin faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 60 min ədəd, emissiyanın ümumi həcmi isə 60 mln. manat təşkil edir. İstiqrazlar qapalı təklif üsulu ilə yerləşdiriləcək.

 

Xatırladaq ki, «Kapital Bank» ASC 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holdinq» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Ötən ilin oktyabr ayının 1-nə «Kapital Bank»ın aktivləri 2,063 mlrd. manat, kredit portfeli 930,7 mln. manat, depozit portfeli 460,1 mln. manat, məcmu kapitalı 121,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR