Bakı. Nail Hüseynli – APA-Economics. «Kapital Bank» ASC xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə iş rejimini dəyişib. Bankın filialları bu həftədən etibarən şənbə günləri də işləyəcək.
«APA-Economics»ə verilən məlumata görə, bundan sonra müştərilər şənbə günlərində də bankın xidmət məntəqələrində kommunal ödənişlərin qəbulu, təcili pul köçürmələri, mobil rabitə xidmətləri üzrə ödənişlərin qəbulu, dövlət rüsumlarının ödənişi, gündəlik tələbat və nağd pul kreditlərinin verilməsi, kreditlər üzrə ödənişlərin və əmanətlərin qəbulu kimi xidmət və məhsullardan istifadə edə biləcəklər.
Qeyd edək ki, şənbə günlərində bankın xidmət məntəqələrinin iş qrafiki fasiləsiz olaraq saat 10:00-dan 14:00-ə qədər müəyyən edilib.