Bank Of Baku

«Muğan Bank»ın mənfəəti I rübdə 15% azalıb

«Muğan Bank»ın mənfəəti I rübdə 15% azalıb
# 18 aprel 2013 10:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin 2013-cü ilin I rübündə əldə etdiyi gəlirlərin həcmi 9,863 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 10,4% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 19,1% artaraq 7,921 mln. manata çatıb.

 

Nəticədə, ilk rüb ərzində bank 1,942 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 14,9% azdır.

 

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 6,947 mln. manat, qeyri-faiz gəlirləri 2,916 mln. manat, faiz xərcləri 3,374 mln. manat, qeyri-faiz xərcləri isə 4,548 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 7,7%, qeyri-faiz zərəri isə 4,2 dəfə artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR